İnzaqi: “Heç bir qorxu yoxdur”

“İnter”in baş məşqçisi Simone İnzaqi komandasının bu mövsüm A Seriyasında çempionluq uğrunda “Napoli” və “Atalanta” ilə mübarizəsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki komandanın yaxşı futbol oynadığını və onlara hörmət etdiyini söyləyib:

“Napoli” və “Atalanta” da “İnter” kimi fərqli işlər görür. Heç bir qorxu yoxdur, sadəcə, əla məşqçiləri olan və yaxşı futbol oynayan iki çox yaxşı komandaya böyük hörmət edirəm. Mən hələ iyul ayında demişdim ki, bu, titul uğrunda açıq yarış olacaq və baş verənlər belədir”.

Hazırda “Napoli” 53 xalla İtaliya çempionatının turnir cədvəlində birinci yerdədir. “İnter” 50 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 46 xalla “Atalanta” qapayır. İlk 5-liyə müvafiq olaraq 39 və 37 xalla “Latsio” və “Yuventus” daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button