
“Napoli” 35 milyon avro ödəməyə hazırdır – Ukraynalı futbolçu üçün
Ukrayna millisinin və “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov İtaliya A Seriyasında çıxış edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun transferində “Napoli” maraqlıdır.
Neapol təmsilçisinin rəhbərliyi Sudakovun keçidi üçün təxminən 35 milyon avro ayırmağa hazırdır. Futbolçunun özü də bu keçiddə maraqlıdır və klubların razılığa gəlməsini gözləyir.
22 yaşlı Sudakov 2021-ci ildən “Şaxtyor”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



