Keçmiş klubu üçün darıxır
“Çelsi”nin müdafiəçisi Xalidu Kulibali bu yay ayrıldığı “Napoli” klubu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Napoli” üçün darıxdığını etiraf edib:
“Napoli” üçün darıxıram, amma bu mənim seçimim idi. Dünyanın ən yaxşı klublarından biri olan “Çelsi”yə getmək istəyirdim. İtaliyadan İngiltərəyə keçməyin çətin olacağını bilirdim. Mən bunu bilirdim və hazır idim”.
31 yaşlı futbolçu yay transfer pəncərəsində 38 milyon avroya “Napoli”dən “Çelsi”yə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin