
“Napoli” səfərdə xal itirdi
İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Bolonya” evdə “Napoli” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
Hazırda 68 xala malik “İnter” vahid liderdir. “Napoli” 65, “Atalanta” 58, “Bolonya” 57, “Yuventus” 56, “Latsio” 55, “Roma” 53, “Fiorentina” 52, “Milan” 48 , “Udineze” və “Torino” 40 xal toplayıblar.
İtaliya A Seriyası
31-ci tur
4 aprel
Cenoa – Udineze 1:0
Qol: Zanoli, 77.
5 aprel
Montsa – Komo 1:3
Qollar: Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51.
Parma – İnter 2:2
Qollar: Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. Türam, 45.
Milan – Fiorentina 2:2
Qollar: T.Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. M.Kin, 10.
6 aprel
Leççe – Venesiya 1:1
Qollar: Başirotto, 65 – Qallo, 50-öz qapısına.
Empoli – Kalyari 0:0
Torino – Verona 1:1
Qollar: Elmas, 67 – Sarr, 64.
Atalanta – Latsio 0:1
Qol: İsaksen, 54.
Roma – Yuventus 1:1
Qollar: Şomurodov, 49 – Lokatelli, 40.
7 aprel
Bolonya – Napoli 1:1
Qollar: Ndoye, 64 – Anqissa, 18.
Bizi Facebook-da izləyin



