
“Napoli” Serbiya millisinin futbolçusu üçün hərəkətə keçib
“Udineze”nin və Serbiya millisinin yarımmüdafiəçisi Lazar Samarciç yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “Udineze” ilə təmasda olan “Napoli” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Samarciç son İtaliya A Seriyasında 34 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Udineze” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin