
“Napoli” serb qapıçını transfer etmək istəyir – Yayda
“Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviç İtaliya çempionatında daha güclü kluba keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” serbiyalı qolkiperin xidmətində maraqlıdır. Neapollular 28 yaşlı Saviçin transferini yayda tamamlamağa ümid edirlər.
O, bu mövsüm Turin klubunun heyətində 33 matçda iştirak edib, 10 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



