“Napoli” rekordu, “Yuventus” antirekordu təkrarladı
“Yuventus” İtaliya A Seriyasının 18-ci turunda “Napoli”yə məğlub olub (1:5).
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Turin təmsilçisi 1993-cü ilin 30 mayından sonra ilk dəfə İtaliya çempionatında bir matçda 5 qol buraxıb. Öncədən “qoca sinyora” eyni hesabla “Peskara”ya məğlub olub (1:5).
“Napoli” isə tarixində ikinci dəfə “Yuventus”un qapısına 5 dəfə yol tapa bilib. Onlar bunu ilk dəfə 20 noyabr 1998-ci ildə bacarıb.
Hazırda neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Qoca sinyora” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin