“Napoli” gürcü futbolçunu komandada saxlamağa çalışır

“Napoli” hücumçusu Xviça Kvaratsxeliyanı komandada saxlamaq üçün bir yol tapıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Aurelio de Laurentis gürcü futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.

Belə ki, “Napoli” Kvaratsxeliyanın maaşını artırmaq və 2025-ci ilin yayında qüvvəyə minəcək müqaviləyə təzminat məbləğini daxil etmək niyyətindədir.

Danışıqlar Xviçanın Gürcüstan millisində çıxış etdiyi AÇ-2024-dən sonra aparılmalıdır. Daha əvvəl Kvaratsxeliyanın agenti və atası etiraf etmişdi ki, futbolçu “Napoli”dən ayrılıb Çempionlar Liqasında oynamaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button