Qattuzo ilə bağlı qərar verildi

İtaliyanın “Napoli” klubu baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 42 yaşlı mütəxəssislə müqavilənin müddətini artırmaq niyyətindədir. Klub prezidenti Aurelio de Laurentisin mütəxəssislə görüş keçirdiyi və yeni müqavilənin imzalanması ilə bağlı müzakirələrin aparıldığı bildirilir. Laurentisin Qattuzonu dəstəklədiyi və yaxın müddətdə yeni müqavilənin detalları ilə bağlı danışıqların başlayacağı deyilir.

Qattuzonun Neapol klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Müqavilədə sözləşməni daha bir il müddətinə uzatmaq bəndi var. Komanda bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilə avtomatik yenilənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button