“Napoli” qalib gəldi, “Yuventus” xal itirdi

İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

Lakin onlardan biri başa çatmayıb. “Fiorentina” – “İnter” matçı meydan sahiblərinin oyunçusu Edoardo Bovenin səhhətinin qəfil pisləşməsi səbəbindən yarıda qalıb. Futbolçuya meydanda ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal xəstəxanaya aparılıb. Hakim oyunu davam etdirməyib. Qarşılaşmanın aqibəti ilə bağlı daha sonra qərar veriləcək.

“Udineze” evdə “Cenoa”ya, “Torino” isə “Napoli”yə uduzub. “Parma” “Latsio”nu məğlub yola salıb. “Leççe”nin qonağı olan “Yuventus” da turu xal itkisi ilə başa vurub.

İtaliya A Seriyası
14-cü tur

29 noyabr

Kalyari – Verona 1:0
Qol
: Pikkoli, 75.

30 noyabr

Komo – Montsa 1:1
Qollar
: Engelhardt, 36 – Kaprari, 54-pen.

Milan – Empoli 3:0
Qollar
: Morata, 19. Reynders, 44; 69.

Bolonya – Venesiya 3:0
Qollar
: Ndoye, 21-pen; 71. Orsolini, 69-pen.

1 dekabr

Udineze – Cenoa 0:2
Qollar
: Pinamonti, 13. Canetti, 67-öz qapısına.

Parma – Latsio 3:1
Qollar
: Man, 6. Hac Mohamed, 53. Del Prato, 90+1 – Kastelyanos, 80.

Torino – Napoli 0:1
Qol
: Maktominey, 31.

Leççe – Yuventus 1:1
Qollar
: Rebiç, 90+3 – Kambyazo, 68.

Fiorentina – İnter oyunu yarıda qalıb

2 dekabr

23:45. Roma – Atalanta

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button