
“Napoli” niderlandlı futbolçunu “gözaltı edib”
PSV-nin vingeri Noa Lanq “Napoli”yə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu niderlandlı futbolçu ilə yaxından maraqlanır.
Lanq 2023-cü ilin yayından PSV-ə çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi hesablanıb. 25 yaşlı vinger son mövsümdə 29 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Napoli” başa çatan mövsümdə İtaliya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin