
“Napoli” PSJ-dən 120 milyon avro tələb etdi
Yarımmüdafiəçi axtarışlarını davam etdirən PSJ-nin istədiyi futbolçunun transfer qiyməti məlum olub.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, son olaraq “Napoli”nin braziliyalı futbolçusu Allan üçün Neapol təmsilçisinə 60 milyon avroluq təklif göndərən PSJ-nin bu istəyi baş tutmayıb. Təklifi geri çevirən “Napoli”, 28 yaşlı futbolçu üçün 120 milyon avro tələb edib.
Allanın da PSJ-də oynamağa isti yanaşdığı, amma “Napoli”nin tələbindən sonra bu transferin gerçəkləşmə ehtimalının az olduğu bildirilir.
“Napoli” ilə 2023-cü ildək müqaviləsi olan Allan, bu mövsüm iştirak etdiyi 25 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin