Traore “Napoli” üçün İtaliyaya yollandı

“Bornmut”un yarımmüdafiəçisi Hamed Traore “Napoli”yə keçməyə yaxındır.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, tərəflər sövdələşmənin bütün əsas şərtləri üzrə razılığa gəliblər. 23 yaşlı futbolçu hazırda tibbi müayinədən keçmək üçün İtaliyaya yollanıb.

Neapol təmsilçisi Traoreni icarəyə götürəcək, lakin futbolçunu 25 milyon avroya transfer etmək imkanına da sahib olacaq.

Traore bu mövsüm İngiltərə klubunun heyətində 6 oyun keçirib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button