“Napoli” portuqaliyalı futbolçu ilə vidalaşacaq
“Napoli”nin müdafiəçisi Mario Rui tezliklə azad agent olmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu yaxın günlərdə portuqaliyalı oyunçu ilə müqaviləni ləğv etməyi planlaşdırır.
Mario Rui cari mövsümdə Antonio Kontenin komandasında heç bir oyun keçirməyib.
33 yaşlı futbolçu qış transfer pəncərəsinin açılışına yaxın sözləşməsindən azad olunacaq. O, 2018-ci ilin əvvəlində “Napoli”yə keçib və indiyədək bütün turnirlərdə 227 oyunda iştirak edib, 3 qol vurub, 26 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin