“Napoli” Osimheni satacaq? – Açıqlama

“Napoli”nin prezidenti Aurelio De Laurentis hücumçu Viktor Osimhenin yayda klubu tərk etməyəcəyini bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, heç bir halda Osimheni satmayacağını deyib:

“Bu yay heç bir halda Osimheni satmayacam!”

Öncədən 24 yaşlı hücumçu ilə PSJ, “Çelsi” və “Mançester Yunayted”in maraqlandığı bildirilirdi. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

”Napoli” İtaliya A Seriyasının 33-cü turunda “Udineze” ilə qarşılaşıb (1:1). Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button