“Napoli” Osimhenlə bağlı açıqlama yayıb
İtaliyanın “Napoli” klubu hücumçu Viktor Osimhenlə yaranan gərginlik şayiələri fonunda rəsmi açıqlama yayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik qarşıdakı həftələrdə futbolçunun agenti ilə onun gələcəyi ilə bağlı müzakirələr aparılacağını bildirib:
“Prezident De Laurentis heç vaxt Osimhen haqqında heç bir mənfi fikir söyləməyib. Sadəcə, Osimhenin yeni müqaviləyə şifahi razılıq verdikdən sonra fikrini dəyişdiyini bildirib. Ümid edirik ki, bu, sadəcə düşünmək üçün bir fasilədir. Qarşıdakı həftələrdə futbolçunun agenti ilə onun gələcəyini müzakirə edəcəyik. “Napoli” ilə Osimhen arasındakı gərgin vəziyyətlə bağlı yayılan xəbərlər yüz faiz həqiqətə uyğun deyil”.
24 yaşlı nigeriyalı hücumçu 2020-ci ilin payızında 75 milyon avro qarşılığında “Lion”dan “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Bizi Facebook-da izləyin