“Napoli” onunla yeni müqavilə bağlayacaq, maaşını artıracaq
“Napoli” klubu qapıçısı Aleks Meretlə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular 25 yaşlı italiyalının maaşını xeyli artırmağa hazırdır. Yeni müqaviləyə əsasən, futbolçu əlavə bonuslar nəzərə alınmadan, ildə 1,5 milyon avro ala biləcək.
Meret 2018-ci ilin iyulunda “Napoli”yə keçib.
O, bu mövsüm komandanın heyətində keçirdiyi 9 oyunda 6 qol buraxıb. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin