Atası Xames Rodriqes haqda: “Ayrılmalıdır!”
“Bavariya” ilə icarə müqaviləsi bitdikdən sonra “Real”a qayıdan və gələcəyi qeyri-müəyyən olan Xames Rodriqeslə bağlı açıqlama verilib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Napoli”nin transfer hədəfində olduğu deyilən kolumbiyalı futbolçunun atası Vilson Rodriqes, məsələylə bağlı açıqlama verərək, bunları deyib:
“Məncə, Xames “Real”dan ayrılmalıdır. Bu, onun karyerası üçün vacibdir. “Napoli” onun üçün ən yaxşı variantdır. “Napoli” böyük tarixə malik, yaxşı bir klubdur. Onun komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətləri yaxşıdır. Bu məşqçi futbolçunun necə daha yaxşı olacağını bilir. Onlar hər zaman bir-birlərinə böyük hörmət göstəriblər”.
Son iki mövsümü icarə əsasında “Bavariya”da keçirən Xames, geridə qalan mövsümdə iştirak etdiyi 28 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin