İtaliya klubu Qarnaço üçün 52 milyon avro xərcləməyə hazırdır

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço hələ də “Napoli”nin transfer siyahısındadır.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunu almaq üçün təxminən 52 milyon avro xərcləməyə hazırdır.

Qarnaçonun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. 20 yaşlı vinger 2024/25 mövsümündə bütün turnirlərdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button