“Napoli” Musadan əl çəkmir

“Napoli” “Milan”ın amerikalı yarımmüdafiəçisi Yunus Musanı transfer etmək niyyətindən hələ də əl çəkməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı futbolçu ilə bağlı “qırmızı-qaralar”la əlaqəni davam etdirir.

“Napoli”nin Musaya marağı ilk dəfə iyunda ortaya çıxmışdı. Həmin vaxt transferin təxminən 25 milyon avro qarşılığında baş tutacağı gözlənilsə də, müqavilə imzalanmadı.

Musa son mövsümdə “Milan”ın heyətində 40 oyuna çıxaraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası A Seriyasını turnir cədvəlinin 8-ci pilləsində başa vurub, “Napoli” isə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button