Kvaratsxeliyaya yeni müqavilə təklif olunacaq
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın agenti Mamuka Duyeli tezliklə yeni müqaviləni müzakirə etmək üçün klub rəhbərliyi ilə görüşməlidir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 23 yaşlı gürcü futbolçuya maaşının artırılması şərti ilə 2029-cu ilə qədər olan müqavilə təklif etmək istəyir.
“Napoli”nin baş məşqçisi Antonio Konte Kvaratsxeliyanı toxunulmaz hesab edir və bu transfer pəncərəsində onu buraxmaq fikrində deyil.
Kvaratsxeliya ona ildə 9 milyon avro ödəməyə hazır olan PSJ-dən təklif alıb. O, iki mövsüm “Napoli”də keçirib və komanda ilə İtaliya çempionluğunu qazana bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin