“Napoli” niderlandlı futbolçu ilə anlaşıb

PSV-nin yarımmüdafiəçisi Noa Lanq karyerasını İtaliya çempionatında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Napoli” ilə razılığa gəlib.

Tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və transferin bütün şərtləri razılaşdırılıb. “Napoli” rəhbərliyi Noa Lanqın transferi üçün PSV-yə 28 milyon avro ödəyəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və A Seriyasının son çempionu ilə müqavilə imzalayacaq.

Niderlandlı futbolçu 2023-cü ilin yayından PSV-də çıxış edir. O, bu müddət ərzində 63 oyunda meydana çıxaraq, 19 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button