“Napoli” Maradonanın dönəmindəki rekordu təkrarladı

“Napoli” İtaliya A Seriyasında öz rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna A Seriyasının 11-ci turu çərçivəsində “Roma”nı 1:0 hesabı ilə məğlub etdiyi oyunda nail olub.

Neapol təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb və ardıcıl qələbələrin sayına görə 1986-cı ildə müəyyən edilmiş klub rekordunu təkrarlayıb. Həmin dönəmdə argentinalı əfsanəvi futbolçu Dieqo Maradona komandada çıxış edib.

Xatırladaq ki, “Napoli” hazırda A Seriyasında 29 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button