İtaliya millisinin baş məşqçisi üzr istədi

“Napoli”nin sabiq baş məşqçisi, hazırda İtaliya millisinə rəhbərlik edən Luçano Spaletti komandadan ayrıldıqdan bir müddət sonra Neapol klubuna münasibətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis klubdan ayrıldığı üçün üzr istəyib:

“Mənimlə Neapol xalqı arasında əlaqə çox yaxındır. Bu, mənim ən çox qiymətləndirdiyim cəhətdir. İndi Neapolun fəxri vətəndaşı olduğum üçün deyə bilərəm ki, Neapol mənim evimdir. Minnətdarlığım sonsuzdur.

Klubdan ayrılıb şəhəri tərk etdiyim üçün üzr istəyirəm. Amma onların gözəlliyini ürəyimdə saxlamaq və buna şübhə etməmək istədim”.

Ötən mövsümün sonunda Spalettinin rəhbərliyi altında “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button