“Napoli” 42 milyon avroluq transferə hazırlaşır
“Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi PSV-dən İrvinq Lozanonu transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Lozanonun “Napoli” ilə razılaşdığı və avqustun 20-də İtaliyaya gedərək, tibbi müayinədən keçəcəyi bildirilir. “Napoli” bu transfer üçün PSV-yə 42 milyon avro ödəyəcək. Meksika millisinin də formasını geyinən 24 yaşlı hücumçu isə illik 4 milyon avro qazanacaq.
2017-ci ildən PSV-də çıxış edən Lozanonun hollandlarla 2023-cü ilə qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin