“Napoli”də itki – Mövsümü erkən başa vura bilər
“Napoli” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Neapol təmsilçisinin futbolçusu Kevin Malkui zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı müdafiəçi A Seriyasının 9-cu turunun SPAL-la görüşündə (1:1) zədələnib. Yerli mətbuatın xəbərinə görə, Malkuinin zədəsi ciddidir və mövsümün geridə qalan hissəsində oynamaya bilər.
Malkui “Napoli” ilə bu mövsüm 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin