“Napoli” kanadalı hücumçu ilə anlaşmağa yaxındır

“Napoli” Conatan Davidlə müqavilə imzalamağa çox yaxındır. 25 yaşlı hücumçu cari mövsümün sonunda “Lill”i tərk edəcək. Onun bu klubla müqaviləsinin müddəti yayda başa çatacaq və azad agent statusu qazanacaq.

David atıq “Lill”in heyətində son oyununu keçirib və klubla yollarını rəsmi olaraq ayırdığını təsdiqəyib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Napoli” ilə razılıq demək olar ki, əldə olunub.

Bununla belə, kanadalı hücumçuya İtaliyanın digər iddialı klubu – “Yuventus” da maraq göstərir və onun nümayəndələri ilə danışıqlara başlayıb.

Kanada millisinin aparıcı oyunçularından biri üçün növbəti klubun adı yaxın günlərdə rəsmiləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button