
“Napoli” ispan futbolçunun transferi üçün razılıq əldə edib
“Napoli” “Jirona”nın müdafiəçisi Migel Qutyerresin transferi üçün razılıq əldə edib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, klublar 18 milyon avro məbləğində anlaşmaya razı olublar. Ancaq 24 yaşlı futbolçu hələ “Napoli”yə keçidə razılıq verməyib. Transfer yalnız Qutyerresin şəxsi razılığı əldə olunduqdan sonra rəsmiləşəcək.
İspaniyalı futbolçu 2022-ci ilin yayında “Real”dan “Jirona”ya 4 milyon avroya transfer olunmuşdu. Müqavilədəki bəndə əsasən, “Real” bu satışdan mühüm faizlə gəlir əldə edəcək.
Qutyerres son mövsümdə 36 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin