
“Napoli” ilə oyunu buraxacaq, “Valensiya” ilə görüşə hazır olacaq
“Barselona”nın müdafiəçisi Ronald Arauxo Avropa Liqasının 1/8 final mərhələsinin “Napoli”yə qarşı ilk oyununu buraxacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Espanyol”la matçda (2:2) zədələnən 22 yaşlı futbolçu bu gün ümumi qrupda məşq etməyib. Uruqvaylı futbolçunun La Liqada bazar günü “Valensiya”ya qarşı keçirəcəkləri oyuna kimi hazır olmaq ehtimalı var.
“Barselona” fevralın 17-də “Napoli”ni qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin