“Napoli” gürcü futbolçu ilə bağlı addım atacaq – Mövsümün sonunda

“Napoli”nin vingeri Xviça Kvaratsxeliya bu mövsümün sonunda İtaliya klubu ilə müqaviləsini uzadacaq.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, gürcü futbolçunun yeni müqaviləsində maaşının artırılması nəzərdə tutulub.

“Napoli” rəhbərliyinin Kvaratsxeliyanın komandanın oyununa verdiyi töhfəni yüksək qiymətləndirdiyi vurğulanır. Ancaq futbolçunun yeni müqaviləsinin nə qədər müddətə olacağı dəqiqləşməyib.

Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button