“Napoli” gürcü futbolçuya yeni müqavilə təklif etməyə hazırdır
“Napoli”nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya, böyük ehtimalla, ən azı 2025-ci ilin yayına qədər İtaliya klubunda qalacaq.
Komanda.az “Football Italia Gazzetta” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu gürcü vingerə 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif etməyə hazırdır.
Hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatır. Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir.
Gürcü futbolçu bu mövsüm bütün yarışlarda 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin