
Kvaratsxeliyanın maaşı 3 dəfə artırılacaq
“Napoli” yarımmüdafiəçi Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmağa yaxındır.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, tərəflər hələ də müqavilənin müddəti və təzminat məbləği barədə razılığa gəlməlidirlər.
Futbolçunun maaşının üç dəfə – illik 1,5 milyon avrodan 4,5 milyona yüksələcəyi gözlənilir.
23 yaşlı gürcü futbolçu 2022-ci ilin yayından neapolluların heyətində çıxış edir.
Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 38 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin