200 milyon avro! – Gürcü futbolçu üçün tələb olunan budur
“Napoli”nin prezidenti Aurelio de Laurentis gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı hansı məbləğə satmağa hazır olduğunu açıqlayıb.
Komanda.az “sports zone”-yə istinadən xəbər verir ki, klub prezidenti komandanın lideri üçün 200 milyon avro istəyir.
PSJ gürcü futbolçunun xidmətində maraqlıdır, lakin parislilər 100 milyon təklif etməyə hazırdırlar.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir.
23 yaşlı yarımmüdafiəçi ötən mövsüm 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin