“Napoli” gürcü futbolçu ilə razılığa gəlmək istəyir
“Napoli”nin rəhbərliyi gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamaqda maraqlıdır.
Komanda.az “Football-Italia”-ya istinadən xəbər verir ki, Neapol klubu yarımmüdafiəçinin nümayəndələri ilə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir. Onlar yaxın vaxtlarda razılığa gəlmək istəyirlər.
Kvaratsxeliya 2022-ci ildən “Napoli”də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə 2027-ci ildə başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin