Mertensin şərti

İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertensin komandadakı gələcəyi məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, Neapol klubu ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib. Futbolçu klubdan 4 milyon avro məvacib və 5 milyon avro birdəfəlik bonus istəyib. “Napoli”nin müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunun komandadan azad agent kimi ayrılmasını istəmədiyi üçün bu şərti qəbul etdiyi bildirilir.

Mertensin adı “Everton” və “Borussiya” (Dortmund”) ilə yanaşı çəkilirdi.

2013-cü ildən “Napoli”nin şərəfini qoruyan belçikalı futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button