“Napoli” futbolçusunu satmağa razılaşdı
İtaliyanın “Napoli” klubu futbolçusu Arkadiuş Miliklə bağlı qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol klubu 26 yaşlı futbolçunu satmağa hazırdır. Klub futbolçuyla yeni müqavilə imzalamaq istəsə də, tərəflər məvacib məsələsində razılığa gələ bilməyiblər. Futbolçunun yay transfer pəncərəsi dövründə komandadan ayrılması gözlənilir.
“Arsenal” və “Tottenhem”in maraq dairəsində olan Milik üçün “Napoli” 50 milyon avro tələb edir.
“Napoli” ilə müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 12 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin