“Napoli”nin 60 milyon avroluq istəyi

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund “Napoli”nin “radar”ındadır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

İtaliyalılar yay transfer pəncərəsində danimarkalı futbolçunu almağa çalışacaq. Ancaq klub “qırmızı şeytanlar”ın Hoylund üçün istədiyi 60 milyon avronu ödəyə bilmir.

22 yaşlı Hoylund bu mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button