“Napoli” də xal itirdi, “İnter” də

İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 9 oyun baş tutub.

“Yuventus” bu turda “Udineze”yə, “Roma” isə “Milan”a qalib gəlib.

Çempionluq uğrunda mübarizə aparan “İnter”lə “Napoli” isə bu turu xal itkisi ilə başa vurublar. “İnter” evdə “Latsio”nun, lider “Napoli” də səfərdə “Parma”nın müqavimətini qıra bilməyib.

Hazırda “Napoli” 79 xalla vahid liderdir. “İnter” 78, “Atalanta” 74, “Yuventus” 67, “Roma” 66, “Latsio” 65, “Fiorentina” və “Bolonya” 62, “Milan” 60 xal toplayıb.

İtaliya A Seriyası
37-ci tur

17 may

Cenoa – Atalanta 2:3
Qollar
: Pinamonti, 37; 58 – Sulemana, 47. Maldini, 63. Reteqi, 89.

18 may

Roma – Milan 3:1
Qollar
: Mançini, 3. L.Paredes, 58. Kristante, 87 – J.Feliks, 39.

Kalyari – Venesiya 3:0
Qollar
: Mina, 11. Pikkoli, 41. Deyola, 71.

Fiorentina – Bolonya 3:2
Qollar
: Parisi, 13. Riçardson, 67. M.Kin, 84 – Dallinqa, 61. Orsolini, 79.

İnter – Latsio 2:2
Qollar
: Bissek, 45+2. Dumfris, 80 – Pedro, 72; 90-pen.

Yuventus – Udineze 2:0
Qollar
: N.Qonsales, 61. Vlahoviç, 88.

Leççe – Torino 1:0
Qol
: Ramadani, 46.

Montsa – Empoli 1:3
Qollar
: Birindelli, 30 – Kolombo, 49. Viti, 51. Pissinyakko, 59-öz qapısına.

Parma – Napoli 0:0

Verona – Komo 1:1
Qollar
: Lazoviç, 70 – Kakre, 29.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button