Mertens Maradonaya çatdı

“Napoli” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Zalsburq”u məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:2 hesabıyla bitən görüş “Napoli”nin futbolçusu Dris Mertens üçün əlamətdar olub. Görüşdə komandasının 2 qolunu vuran belçikalı oyunçu, Neapol təmsilçisinin heyətində vurduğu qollarının sayını 116-ya çatdırıb.

Mertens bununla da, “Napoli”nin tarixində 116 qol vuran Dieqo Maradonaya çatıb. O, həm də, “Napoli”nin tarixində ən çox qol vuran 2-ci futbolçu olub. Mertens yalnız slovakiyalı Marek Hamşikdən geri qalır. 2007-2019-cu illər aralığında “Napoli”də forma geyinən Hamşikin 121 qolu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button