“Napoli” Çempionlar Liqasının qalibinə müqavilə təklif edib
“Napoli” 2021-ci ildə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olmuş yarımmüdafiəçini sıralarına qatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət hazırda “Brayton”da çıxış edən 23 yaşlı futbolçu Billi Gilmordan gedir.
İtaliya klubu artıq şotlandiyalı yarımmüdafiəçiyə 2029-cu ilə qədər olan müqavilə təklif edib. Eyni zamanda, “Napoli” təzminat məbləğini tez razılaşdırmaq və müqaviləni bağlamaq üçün “Brayton”la danışıqları davam etdirir.
Gilmor “Brayton”a 2022-ci ilin yayında “Çelsi”dən keçib. O, İngiltərə Premyer Liqasının son mövsümündə 30 matçda 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin