
“Napoli” bu hücumçunun transfer hüquqlarını aldı
“Napoli” “Verona”dan icarəyə götürdüyü Covanni Simeonenin transfer hüquqlarını alıb.
Komanda.az xəbər verir ki, A Seriyasının qalibi bunun üçün “Verona”ya 12 milyon avro ödəyib.
27 yaşlı forvardla da 3+1 illik müqavilə imzalanıb.
Neapollular Covannini 2022-ci ilin yayında satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdülər. İcarə haqqı olaraq “Verona”ya 3.5 milyon avro ödənilmişdi.
Argentinalı qoleador geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna 9 qol vurub və İtaliya çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin