“Napoli” Portuqaliya klubunun hücumçusu ilə maraqlanır

“Napoli” tezliklə “Benfika”nın hücumçusu David Neresi heyətinə qata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Antonio Kontenin komandasına keçməyə hazırdır. Amma “Napoli” hələ də “Benfika” ilə təzminat məsələsində razılaşmayıb. Həmçinin, İtaliya klubunun rəhbərliyi hələlik hücumçunun özü ilə müqavilənin şərtlərini razılaşdırmayıb.

Neres əvvəllər “Ayaks” və “Şaxtyor”da çıxış edib. 27 yaşlı futbolçu Portuqaliya çempionatının son mövsümündə 5 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button