“Napoli” Argentina millisinin üzvü ilə maraqlanır
Argentinalı futbolçu Covani Lo Çelso “Tottenhem”dən ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” Argentina millisinin 27 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır.
Futbolçu son yarım mövsümü icarə əsasında “Vilyarreal”da keçirib.
O, Argentina yığmasının heyətində 39 oyuna çıxıb, iki qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin