“Napoli” 70-ə razı olmadı, 150 milyon istədi
“Liverpul” qış transfer pəncərəsi dövründə “Napoli”dən Lorenso İnsinyeni heyətinə qatmaq istəyib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Liverpul”un 27 yaşlı hücumçu üçün “Napoli”yə 70 milyon avro təklif etdiyi, ancaq bu təklifin A Seriyası təmsilçisinin prezidenti Aurelio de Laurentis tərəfindən qəbul edilmədiyi bildirilib.
“Napoli” “Liverpul”dan İnsinye üçün 150 milyon avro tələb edib. Məbləğin yüksək olmasına görə, Premyer Liqa klubu bu transferdən imtina edib.
İnsinyenin “Napoli”ylə 2022-ci ilə qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin