
“Napoli” niderlandlı yarımmüdafiəçinin transferini razılaşdırıb
“Napoli” PSV ilə niderlandlı yarımmüdafiəçi Noa Lanqın transferi barədə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin bütün detalları üzrə anlaşma əldə ediblər, sadəcə ödəniş şərtləri ilə bağlı texniki məsələlər qalıb.
26 yaşlı futbolçunun bazar dəyəri təxminən 25 milyon avro təşkil edir. O, 2024/25 mövsümündə bütün klub turnirlərində ümumilikdə 44 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Napoli” son İtaliya çempionudur və komanda yeni mövsümə güclü transferlərlə hazırlaşır. Lanqın yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi şəkildə təqdim olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



