“Napoli” 12 illik antirekordu təkrarladı

“Napoli” 12 illik antirekordu təkrarlayıb.

Komanda.az xəbər verir ki, bu, A Seriyasının 22-ci turunda, “Latsio” ilə səfər görüşündə (0:0) baş verib.

Romadakı matçda iki komanda qapı istiqamətində ümumilikdə 15 zərbə vurub ki, bunun yalnız birində top “çərçivə”yə ünvanlanıb. Neapollular 2012-ci ildən bəri ilk dəfə ölkə çempionatında bir görüş ərzində qapıya dəqiq zərbə vura bilməyiblər.

“Napoli” hazırda 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button