“Nant”ın 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Nant”ın iki futbolçusu Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu buraxa bilər.

Komanda.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında deyib.

Baş məşqçi Şarl Traore və Fabionun zədəli durumda olduğunu bildirib. Kombuare onların Liqa 1-in 12-ci turunda “Nitsa” ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.

Oktyabrın 23-də “Nitsa”nın qonağı olacaq “Nant” oktyabrın 27-də “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button