“Nant” “Qarabağ”la oyundan əvvəl heç-heçə etdi
Fransa çempionatında 12-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” da Liqa 1-də növbəti oyununu keçirib.
Sözügedən komanda “Nitsa”nın qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Hesabı 49-cu dəqiqədə “Nant”ın futbolçusu İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalti zərbəsindən fərqlənib.
Bu nəticədən sonra meydan sahibləri 13 xalla 12-ci, qonaqlar isə 11 xalla 15-ci sırada qərarlaşıb.
“Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu 2-ci turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə baş tutacaq.
Bizi Facebook-da izləyin