
“Nant” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Fransanın “Nant” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.
Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasında Bakıdakı görüş “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin