“Nant” baş məşqçisiz qaldı

Fransanın “Nant” klubu baş məşqçi Antuan Kombuareni istefaya göndərib.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komandanı mövsümün sonuna kimi Pyer Aristuinin çalışdıracağı açıqlanıb.

Kombuare 2021-ci ilin əvvəlindən “Nant”a rəhbərlik edirdi. O, bu komandanı 2021/22 mövsümündə Fransa kubokunun qalibi edib. Bu mövsüm isə “Nant” Avropa Liqasında 1/16 finala, Fransa kubokunda finala qədər irəliləyib. Liqa 1-də isə komanda çox uğursuz mövsüm keçirir. 34 oyunda cəmi 32 xal toplamış “Nant” 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button